Saytımızı qiymətləndirin


 
 

Temperatur düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Tarix: 09-02-2022 | Saat: 18:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Temperatur düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 10-u səhərdən 11-dək şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir, 10-u axşam, 11-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildrilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 10-u günün ikinci yarısı qərb rayonlarından başlayaraq 11-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək. Fevralın 11-də gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər