Bu il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.

Qarabaginfo.az-ın məlumatına görə, cari ilin əvvəlindən bu günə qədər 16 uşağa Polad adı verilib.

Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 306 körpəyə Polad adı verilib. 

Qeyd edək ki, Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.