Tarix: 08-02-2022 | Saat: 10:40
Bölmə:Karusel / Region | çapa göndər
Ukraynanın sabiq prezidenti, Ali Radanın deputatı Petro Poroşenko Rusiya prezidentinin ona siyasi sığıancaq verilə biləcəyi ilə bağlı təklifinə yox cavabı verib. RİA Novosti xəbər verir ki, Poroşenko barəsində açılan cinayət işini hazırkı prezident Vladimir Zelenskinin “Putinə hədiyyəsi” kimi xarakterizə edib.
“Vladimir Vladimiroviç nəhayət anlamalıdır ki, biz Ukraynada öz məsələlərimizi özümüz həll edəcəyik. Və Rusiyanın Ukrayna və ukraynalı siyasətçilər barədə ənənəvi qayğıları çoxdan bitib. Bu ənənəyə mən Ukrayna Prezidenti seçilən gündən son qoyulub”, - deyə Poroşenko vurğulayıb.
Xatırladaq ki, Putin Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı Rusiyanın Poroşenkoya humanitar məqsədlərlə siyasi sığınacaq verə biləcəklərini söyləyib.
"Cənab Poroşenko hələ Ukrayna prezidenti olanda mən ona dedim ki, əgər gələcəkdə hər hansı çətinliklə üzləşsə, Rusiya ona siyasi sığınacaq verməyə hazırdır. O, sonralar bu məsələ ilə bağlı ironiya ilə danışırdı. Amma bu gün mən təkliflərimi təsdiq etmək istəyirəm. Donbasda nizamlanma ilə bağlı ciddi fikir ayrılıqlarımıza baxmayaraq (mən hesab edirəm ki, o, bu istiqamətdə çoxlu səhvlərə yol verib), hesab edirəm ki, onun cinayətkar kimi təqib olunması Ukraynanın hazırkı rəhbərliyinin uğuru üçün hədsiz bir cəhddir. Biz Rusiyada Poroşenko kimi insanlara sığınacaq verməyə hazırıq”, - deyə Putin qeyd edib.
Digər xəbərlər