Tarix: 07-02-2022 | Saat: 20:27
Bölmə:Karusel / Dünya | çapa göndər
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyevə müsahibəsində Rusiya ilə münasibətlərdən və bu ölkənin rəhbərliyindəki ayrı-ayrı şəxslərin, iri şirkətlərin nümayəndələrinin hərəkətlərindən danışıb.
BelTA agentliyi Lukaşenkodan sitat gətirir: “Biz sizdən dünya bazarı qiymətinə neft alırıq. Amma bizə deyirlər, gərək 14 və ya nə qədərsə dollar yuxarı ödəyəsiniz ki, sizə neft verə bilək. Mən danışıqlarda dedim: “Bu düzgün deyil”. Və Putin dönüb Rusiya hökumətinin üzvlərinə deyir: “Nədir, siz ağlınızı itirmisiniz?” O ki haqlı idi.
Mənə Rusiyadan neft verməyi dayandıranda nə etməliydim? Mən dedim: “İlham (Əliyev, Azərbaycan prezidenti), zəhmət olmasa mənə iki tanker neft ver, “düşmən ölkə” Ukrayna üzərindən. Və biz Odessada boşaltdıq və daşıdıq”.
“Bax budur, boş yerə”, - Vladimir Solovyev deyib.
Lukaşenko cavab verib: “Boş yerə deyil. Bizim iqtisadiyyatımız dayana bilərdi. Nə deməkdir boş yerə? Siz boş yerə belə hərəkət etmişdiniz”.(Virtualaz.org)
Digər xəbərlər