Ana Sayfa > Karusel / Dünya > “Dedim, İlham, zəhmət olmasa mənə iki tanker neft ver...”

“Dedim, İlham, zəhmət olmasa mənə iki tanker neft ver...”


7-02-2022, 20:27. Yazar: Admin

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyevə müsahibəsində Rusiya ilə münasibətlərdən və bu ölkənin rəhbərliyindəki  ayrı-ayrı şəxslərin, iri şirkətlərin nümayəndələrinin hərəkətlərindən danışıb.

BelTA agentliyi Lukaşenkodan sitat gətirir:  “Biz sizdən dünya bazarı qiymətinə neft alırıq. Amma bizə deyirlər, gərək 14 və ya nə qədərsə dollar yuxarı ödəyəsiniz ki, sizə neft verə bilək. Mən danışıqlarda dedim: “Bu düzgün deyil”. Və Putin dönüb Rusiya hökumətinin üzvlərinə deyir: “Nədir, siz ağlınızı itirmisiniz?” O ki haqlı idi.

Mənə Rusiyadan neft verməyi dayandıranda nə etməliydim? Mən dedim: “İlham (Əliyev, Azərbaycan prezidenti), zəhmət olmasa mənə iki tanker neft ver, “düşmən ölkə” Ukrayna üzərindən. Və biz Odessada boşaltdıq və daşıdıq”.

“Bax budur, boş yerə”, - Vladimir Solovyev deyib.

Lukaşenko cavab verib: “Boş yerə deyil. Bizim iqtisadiyyatımız dayana bilərdi. Nə deməkdir boş yerə? Siz boş yerə belə hərəkət etmişdiniz”.(Virtualaz.org)


Geri dön