Saytımızı qiymətləndirin


 
 

Vışeqrad Fondunun təqaüdləri üçün ərizə qəbuluna başlanıb
Tarix: 07-02-2022 | Saat: 18:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vışeqrad Fondunun təqaüdləri üçün ərizə qəbuluna başlanıb

Beynəlxalq Vışeqrad Fondu tərəfindən verilən təqaüdlər üçün ərizə qəbuluna başlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çex Respublikasının Azərbaycandakı səfirliyi məlumat yayıb. Ərizə qəbulu 2022-ci ilin 15 mart tarixinədək davam edəcək.

Qeyd edək ki, Vışeqrad Qrupu ölkələri, yəni Çex Respublikası, Polşa, Slovakiya, Macarıstan tərəfindən təsis edilmiş Vışeqrad Fondunın təhsil təqaüd proqramı olan “Visegrad Scholarship Program” Vışeqrad Qrupu, Qərbi Balkanlar, habelə Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycan üçün nəzərdə tutulur.

Proqramın maliyyəsi magistratura və doktorantura proqramları üçün ayrılır. Proqramın iştirakçıları Çex Respublikası, Polşa, Slovakiya, Macarıstandakı 190 universitetin hər hansı birini seçmək hüququna malikdirlər. 



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər