Tarix: 07-02-2022 | Saat: 11:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
"“TEKNOFEST” bizim xəyallarımızı reallaşdırdı. İlk olaraq İstanbulun, daha sonra Türkiyənin sərhədlərini aşdı. Türkiyədə olduğu kimi, Azərbaycanda da texnoloji layihələrin reallaşdırılması üçün qardaş ölkəyə hər cür dəstək verməyə hazırıq”.
Qarabaginfo.az xəbər verir ki, bunu “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı ilə bağlı Bakıda keçirilən mətbuat konfrasında “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar deyib:
"Bu, 1,2 milyonluq iştirakçı ilə dünyanın ilk geniş aerokosmik və texnologiya festivalıdır. Müstəqilliyimiz üçün milli müdafiə sənayesi əsas şərtdir. 2018-ci ildə festival başlayanda 20 min tələbə qoşuldu, sonra onların sayı artdı. Məqsədimiz texnoloji gələcəkdir. Ona görə də hamını bu tədbirə qoşulmağa dəvət edirəm ki, güclü Azərbaycanın formalaşmasında sizin də rolunuz olsun.
Unutmayın, dünən, bu gün və sabah bizə tikansız gələcək təklif etməyəcək. Məhəmməd Əmin Rəsulzadə dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz. Gəlin bayraqlarımızın daha ucalarda dalğalanması üçün dəstəyimizi əsirgəməyək. Bu festivala dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür edirik".
Digər xəbərlər