Saytımızı qiymətləndirin


 
 

Xəzər İbrahim: "ABŞ-da səyyar konsulluq xidmətinin əhatə dairəsini genişləndirəcəyik"
Tarix: 04-02-2022 | Saat: 13:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Xəzər İbrahim səfir vəzifəsindən geri çağırıldı - Günün Səsi

“ABŞ-ın onlarla qərb, cənub şəhər və ştatlarında, Çikaqoda,Texsasda, Bostonda, Nyu-Yorkda artıq səyyar konsulluq xidmətləri həyata keçirmişik və bu fəaliyyətimizin əhatə dairəsini genişləndirəcəyik”.

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"un yerli bürosuna açıqlamasında Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim deyib.

Diplomat Nyu-Yorkda artıq ikinci dəfədir ki təşkil olunan səyyar konsulluq xidməti üçün azərbaycanlılarla görüşüb və qısa zamanda səfirliyin aktiv fəaliyyəti nəticəsində ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri ilə sıx əlaqələr qurulduğunu bildirib: “Azərbaycanın Vaşinqtondakı səfirliyi olaraq belə qərara gəldik ki, ABŞ-ın fərqli bölgələrinə getdiyimiz zaman səyyar konsulluq xidməti də göstərək. Vətəndaşlarımız hansısa bir məsələnin həlli üçün əziyyət çəkib uzun məsafələr qət edərək Vaşinqtona gəlməsinlər. Elə bu layihəmiz çərçivəsində ABŞ-ın müxtəlif şəhər və şatatlarında yaşayan həmvətənlərimizi sıx-sıx ziyarət edirik. Onları yaxından tanımağa çalışır, problemlərini dinləyir, eyni zamanda birlikdə nə kimi işlər görə biləcəyimizi müzakirə edirik. Bu gün yenidən Nyu-York icması ilə görüşümüz baş tutur. Konsulumuz Ceyhun Novruzovla bərabər icma üzvlərimizlə həmsöhbət olduq, onları dinlədik, problemlərin həlli, gələcək planlar, bu kimi mövzularda fikir mübadiləsi apardıq. Onların hər biri Azərbaycan adına bu ölkədə könüllü diaspor fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızıdır və biz onları diqqətdən kənarda qoya bilmərik”.

X.İbrahimov vurğulayıb ki, bütün mövzularda həmvətənlərinə dəstək olmağa hazırdır: "Bu cür görüşlər bundan sonra da mütəmadi olaraq baş tutacaq. Bir neçə gün öncə “Silikon vadisi”nə getmişdim. Oradakı savadlı mühəndislərimiz və müxtəlif peşə sahələrində öz sözlərini deyən, bilik və bacarıqları ilə özləri haqqında ABŞ ictimayyətində fikir formalaşdıran həmvətənlərimizlə görüşdüm. Çox qürurverici bir haldır ki, bu ölkədə gənc, bacarıqlı və uğurlu insanlarımız var. Onlarla söhbətləşdik, onları narahat edən məsələlər ətrafında danışdıq və birlikdə nələr edə biləcəyimizə dair fikir mübadiləsi apardıq. Elə orada da səyyar konsulluq xidməti verdik. Düşünürəm ki, xaricdə olan icmalarımız hər zaman uğurlu fəaliyyətləri ilə seçilməlidilər ki, həmin ölkələrlə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da güclənməsinə təkan versinlər və azərbaycanlı kimlikləri ilə ölkəmizin gələcəyi üçün də öz səylərini əsirgəməsinlər. Gələcəkdə də bu kimi işləri davam etdirəcəyik ki, icma üzvlərimiz uzaq Amerikada hər zaman səfirliyin, dövlətin, hökumətimizin qayğısını hiss etsinlər”.



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər