Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.
Qarabaginfo.az “İnterpressnews”a istinadən xəbər verir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin olunub.
Proses Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə olacaq.
Saakaşvilinin məhkəmədə iştirak edəcəyi gözlənilir.
Bununla yanaşı, məhkəmənin həyətində eks-Prezidentə dəstək aksiyasının keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi ilə bağlı araşdırma ötən il oktyabrın 1-i başlanılıb.