Saytımızı qiymətləndirin


 
 

Bakıdakı erməni əsirlərə qohumları ilə telefonla danışmağa şərait yaradıldı
Tarix: 29-01-2022 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıdakı erməni əsirlərə qohumları ilə telefonla danışmağa şərait yaradıldı

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə baş çəkiblər. 
Qarabaginfo.az xəbər verir ki, bu barədə cümə günü Sputnik Ermənistan-a BQXK-nın Ermənistan nümayəndəliyinin PR mütəxəssisi Zara Amatuni məlumat verib.
"Təşkilatın əməkdaşları Azərbaycan hakimiyyəti tərəfindən əsir götürülməsi təsdiqlənən bütün şəxslərə baş çəkiblər. Onların arasında 2020-ci ilin sonu və 2021-ci ilin noyabrında əsir götürülənlər də var", - Amatuni bildirib.
BQXK-nın əməkdaşları saxlanma şəraiti ilə tanış olub, yaxınlarının məktublarını və videomüraciətlərini məhbuslara təhvil verib, həmçinin onların ailə üzvlərinə mesajlarını alıblar. Bundan əlavə, Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə məhbuslar yaxınları ilə telefonla danışa biliblər.
Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan etmişdi ki, Azərbaycanda saxlanılan erməni məhbusların sayı, müxtəlif hesablamalara görə, 70 nəfərə yaxındır. 
Sputnik xatırladır ki, yanvarda ER İstintaq Komitəsi Ermənistan tərəfdən itkin düşən və ölən hərbçilərlə bağlı məlumat yayıb. Həmin rəsmi məlumatlara görə, 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibə nəticəsində 199 hərbi qulluqçu və 21 mülki şəxs itkin düşmüş hesab olunur. SK-nın məlumatına görə, "Dağlıq Qarabağ” və Ermənistan Respublikasından həlak olan hərbçilərin və mülki şəxslərin sayı 3809 nəfərdir.


Xəbəri paylaş

354 dəfə oxunub.

Digər xəbərlər