Saytımızı qiymətləndirin


 
 

Polşa Baş naziri: "Rusiyayla bağlı Aİ ölkələri arasında fikir ayrılığı var"
Tarix: 29-01-2022 | Saat: 11:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Mateuş Moravietski

 

Ukraynaya qarşı hücum olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların miqyası ilə bağlı Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında fikir ayrılıqları var.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravietski "El Mundo" qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Aİ-yə üzv olan bütün ölkələr hamısı eyni fikirdədir ki, Ukrayna öz suverenliyini qorumalıdır. Fikir ayrılıqları Rusiyaya qarşı sanksiyaların əhatə dairəsi, Ukraynaya hərbi dəstək verilməsi, dövlətlər və ya NATO səviyyəsində razılaşdırılmalı olan mövqelərlə bağlıdır: "Bizə vahid güclü səs lazımdır, fərqli səslər, fikirlər yox”.
Polşanın Baş naziri bildirib ki, o, Almaniyanın bu münaqişəyə qarışacağını gözləmir: "Amma Ukraynaya kömək etməkdən imtina etsələr, bunu açıq şəkildə demələrini xahiş edəcəm. "Biz Ukraynaya silah göndərməyəcəyik, çünki bu, münaqişə zonasıdır” kimi yayınma bəyanatları hazırkı şəraitdə ciddi siyasət deyil”.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər