Saytımızı qiymətləndirin


 
 

Qırğızıstan və Tacikistan arasında danışıqlar baş tutmayıb, atışma davam edir
Tarix: 27-01-2022 | Saat: 23:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qırğızıstan və Tacikistan arasında danışıqlar baş tutmayıb, atışma davam edir

Qırğızıstan və Tacikistan nümayəndələri arasında atəşin dayandırılması ilə bağlı danışıqlar baş tutmayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, hazırda Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar davam edir.

"2022-ci il yanvarın 27-də Qırğızıstan və Tacikistanın hərbi qulluqçuları arasında 10 dəqiqə ərzində atəş dayandırılıb. Atəşkəs dövründə Qırğızıstan Prezidentinin Batken vilayətindəki səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayevin Tacikistanın Suqd vilayətinin qubernatoru ilə görüşü olmalı idi. Lakin tacik tərəfi ikitərəfli atəşkəs razılaşmalarını yenidən pozaraq Qırğızıstan hərbçilərinin mövqelərini atəşə tutmağa davam edib”, - məlumatda bildirilir.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər