Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Naxçıvan anlaşmasının ildönümü ilə bağlı paylaşım edib
Tarix: 03-10-2025 | Saat: 17:30
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Ərdoğan Naxçıvan anlaşmasının ildönümü ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) qurulması ilə bağlı Naxçıvan anlaşmasının 16-cı ildönümü, Türk Dövlətləri Əməkdaşlığı Günü münasibətilə təbrik mesajı ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki o, bu barədə özünün “X” hesabında paylaşım edib.

“Dildə, fikirdə, işdə birlik şüarımızın ən önəmli simvollarından biri olan Türk Dövlətləri Təşkilatımızın qurulmasını təmin edən Naxçıvan Anlaşmasının 16-cı ildönümü ilə ortaq anma günümüz Türk Dövlətləri Əməkdaşlığı Gününü təbrik edirəm. Qədim tarixi təcrübəmizlə yüksələn bu mənalı günün birlik və həmrəylik ruhumuzu gücləndirməsini və ölkələrimiz arasındakı əlaqələrin hər sahədə inkişafına töhfə verməsini arzu edirəm. Ortaq gələcəyimiz parlaq, əməkdaşlığımız daimi olsun”, Ərdoğanın paylaşımında qeyd edib.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər