Saytımızı qiymətləndirin


 
 

5 mindən çox tələbə kredit almaq üçün müraciət edib
Tarix: 27-01-2022 | Saat: 12:05
Bölmə:Karusel / Təhsil | çapa göndər

5 mindən çox tələbə kredit almaq üçün müraciət edib

 

Yanvarın 25-dək Təhsil Tələbə Kredit Fonduna 2021-2022-ci tədris ilinin payız semestrinin təhsil xərclərinin qarşılanması məqsədilə 5 mindən çox tələbə elektron müraciət edib.

Bu barədə Qarabaginfo.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tam formada uğurla təqdim edilmiş 3 min 359 müraciətin cari emal nəticələrinə əsasən, artıq 2 min 350-yə yaxın tələbə təhsil krediti almaq hüququ qazanıb.

Onlardan 686 tələbə ilə müvəkkil bank arasında onlayn formada müqavilə bağlanıb və təhsil haqları nağdsız formada onların təhsil aldıqları müəssisələrin bank hesablarına köçürülüb. Onlayn müqavilələrin bağlanması prosesi davam etməkdədir. Müraciətlərdən 1591-i üzrə elektron ərizələr tələbələr tərəfindən yekunlaşmadığı və notarial ərizə nömrəsi qeyd edilmədiyi üçün sistem tərəfindən emalına başlanılmayıb. Digər müraciətlər üzrə emal işləri və yeni müraciətlərin qəbulu davam etdirilir.



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər