Saytımızı qiymətləndirin


 
 

Ölkədəki maşınların sayı açıqlandı: Çoxu köhnədir
Tarix: 25-01-2022 | Saat: 13:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Azərbaycanın avtomobil parkı köhnəlib".

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş idarəsinin rəis müavini Əsgər Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, 2020-ci ilin sonuna Azərbaycanda 1 milyon 264 min 542 ədəd avtomobil olub: "Amma 1990-cu ilin sonunda bu rəqəm 260 min 210 ədəd idi. Əgər 1990-cu ildə ölkədə avtobusların sayı 14 min 44 ədəd olubsa, 2020-ci ilin sonuna bu rəqəm 30 min 757 ədədə çatıb.

 

Bu gün Azərbaycanın avtomobil parkında minik avtomobillərinin 993 365 ədədi 10 il və daha yuxarı müddətdə istifadə olunmuşlardır. 220 129 ədəd minik avtomobilinin yaşı 5 ildən 10 ilə qədər, 51 048 ədəd avtomobilin isə yaşı 5 ilə qədərdir.

 

Hazırda Azərbaycandakı avtobusların 25 829 ədədi 10 il və daha yuxarı müddətdə istifadə olunan avtobuslardır. Rəqəmlər göstərir ki, bu gün artıq ölkənin avtomobil parkı köhnəlib və gündən-günə də köhnəlir. Komitə olaraq biz avtomobil parkının yenilənməsi ilə bağlı ciddi işlər aparırıq. Bura utilisaziya proqramları da daxil ediləcək".



Xəbəri paylaş

267 dəfə oxunub.

Digər xəbərlər