Saytımızı qiymətləndirin


 
 

Müharibədə öldürülən erməni hərbçilərin meyitlərini analiz etmək mümkün deyil
Tarix: 25-01-2022 | Saat: 10:33
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Müharibədə öldürülən erməni hərbçilərin meyitlərini analiz etmək mümkün deyil

Ermənistan 44 günlük müharibədə həlak olan hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyən edilməsi prosesini başa çatdırıb. Bəzi hərbçilərin meyitlərinin qalıqları elə vəziyyətdədir ki, onların analizi mümkün deyil.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan bildirib.

“Proses başa çatıb. Artıq 7-8 aydır ki, araşdırma üçün növbəmiz yoxdur”, o, bazar ertəsi mətbuat konfransında bildirib.

Nazir təəssüflə qeyd edib ki, digər ölkələrdən daha çox ixtisaslaşmış strukturların cəlb edilməsinə ehtiyac yaranan hallar olub.

“Biz Niderlandda olan həmkarlarımızla işlədik, ora meyitlərdən 100 nümunə göndərdik, artıq cavablar alınıb, (nəticələr) ümumiləşdirilib. Deyə bilərik ki, proses başa çatıb”, - Avanesyan əlavə edib.

Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşən hərbçilərin sayı 3 809 nəfərdir. Müharibə vaxtı həmçinin 199 hərbçi itkin düşüb.

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 706 nəfərdir.



Xəbəri paylaş

291 dəfə oxunub.

Digər xəbərlər