Saytımızı qiymətləndirin


 
 

“Azərişıq” ölkə üzrə bu il 100 kənddə şəbəkəni yenidən quracaq
Tarix: 24-01-2022 | Saat: 15:26
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

“Azərişıq” ASC 2022-ci il ərzində regionlarda elektrik enerjisi şəbəkəsini modernizə etməyə və yenidən qurmağa yönəlmiş yeni irimiqyaslı layihəyə başlayıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin məlumatında deyilir ki, layihə çərçivəsində il ərzində ölkənin müxtəlif regionlarında 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

Hazırda həmin layihə çərçivəsində Sabirabadın 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur.  Belə ki, Rayonun Əliləmbəyli, Ağasən və Çöl Ağammədli kəndlərinin elektrik şəbəkələrində yenidənqurma işlərinə başlanılıb. Bu kəndlərdə 1970-ci illərdən istismarda olan köhnəlmiş transformator məntəqələri, elektrik naqilləri, ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunur.

Şəbəkənin yenidən qurulması işləri başlayandan sonra qısa müddət ərzində Əliləmbəyli kəndində 210 evi qidalandıran, müxtəlif gücdə 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb,  22 km-ə yaxın 0,4 kV-luq elektrik xətti yenilənib. Ağasən və Çöl Ağammədli kəndlərində isə 7 ədəd müasir tipli komplekt transformator məntəqəsinin quraşdırılması planlaşdırılır. Onlardan 3-ü artıq əraziyə çatdırılıb.

Məlumatda deyilir ki, işlər başlayandan bəri  bu 3 kəndin ərazisində cəmi 1 600 ədəd dayaq basdırılıb, 39 km-ə yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin, abonentlərin sayğacları yenilənir. Layihənin icrası tam başa çatdıqdan sonra Əliləmbəyli, Ağasən və Çöl Ağammədli kəndlərində 369 abonentin elektrik enerjisi təchizatı yaxşılaşdıracaq.



Xəbəri paylaş

1310 dəfə oxunub.

Digər xəbərlər