Saytımızı qiymətləndirin


 
 

Dövlət agentliyinə sədr müavini təyin olundu
Tarix: 24-01-2022 | Saat: 12:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident İlham Əliyevin 21 yanvar 2022-ci il tarixli 3112 nömrəli Sərəncamı ilə Azadə Hüseynova Dövlət Turizm Agentliyi sədrinin müavini təyin olunub.

 

Bu barədə Qarabaqinfo.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

 

Qeyd edilib ki, Azadə Abbas qızı Hüseynova 1984-cü ildə Zəngibasarda anadan olub. Azərbaycan Dillər Universitetində bakalavr və magistr üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsili alıb. Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlarda çalışıb.

 

2018-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Milli Turizm Təbliğat Bürosunda investisiyalar üzrə mütəxəssis, sonrakı dövrlərdə Dövlət Turizm Agentliyində Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri, Turizm siyasəti və strategiyası şöbəsində müdir müavini vəzifələrində çalışıb.

 

A. Hüseynova 2019-cu ildən etibarən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər