Tarix: 24-01-2022 | Saat: 07:34
Bölmə:Karusel / Dünya | çapa göndər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Şurası bazar ertəsi Cenevrədə açılacaq 150-ci sessiyasında (24-29 yanvar) növbəti 5 il müddətə təşkilatın baş direktoru vəzifəsinə təyin olunması üçün Tedros Adhanom Qebreyesusun namizədliyinə baxacaq.
Qarabaginfo.az xəbər verir ki, vəzifəyə təyinatla bağlı qərar mayın 22-dən 28-dək Cenevrədə keçiriləcək assambleyada gizli səsvermə yolu ilə qəbul ediləcək.
Həmçinin, ÜST-ün may ayında keçirilməsi planlaşdırılan sessiyasında Assambleyaya hazırlıq, o cümlədən pandemiya ilə mübarizə, poliomielit xəstəliyinin ləğvi, İİV-lə mübarizə, fövqəladə hallara hazırlıq və adekvat tədbirlər və s. bu kimi problemlərə də diqqət yetiriləcək.
Qeyd edək ki, ÜST-ün Konstitusiyasına uyğun olaraq, Baş direktor namizədliyə ilkin baxan İcraiyyə Şurasının təklifi ilə da təyin edilir.
Hazırkı baş direktorun namizədliyi daha əvvəl təşkilata üzv olan 194 ölkədən 28-i tərəfindən təklif edilmişdi. Cari sessiyada Şurada olan 34 dövlətin nümayəndələri namizədlə müsahibə keçirəcək, o, ÜST-ün fəaliyyəti ilə bağlı öz baxışını təqdim edəcək və sualları cavablandıracaq.
Digər xəbərlər