“S&P Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyinin son proqnozuna görə, bu il Azərbaycanda istehlak qiymətlərinin orta artımı 6,5% təşkil edəcək.
Qarabaginfo.az-ın agentliyə istinadən verdiyi məlumata görə, 2023-cü ildə ortaillik inflyasiyanın 4,5% təşkil edəcəyi, 2024-2025-ci illərdə isə 3%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq. Bankın proqnozuna görə, 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək