Saytımızı qiymətləndirin


 
 

“Sülhməramlılar addımlar atanda Azərbaycanın reaksiyasının necə olacağını hesablamağa başlayıblar”
Tarix: 21-01-2022 | Saat: 19:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Sülhməramlılar addımlar atanda Azərbaycanın reaksiyasının necə olacağını hesablamağa başlayıblar”

"Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin Laçın dəhlizində və ermənilərin yaşadığı ərazidə fəaliyyətinə nəzarət edir. Sülhməramlılar addımlar atanda Azərbaycanın reaksiyasının necə olacağını hesablamağa başlayıblar".

Qarabaginfo.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sülhməramlı qüvvələrlə bağlı narazılığını ifadə etməsi, Laçın dəhlizinə nəzarət edirik qeydləri göstərir ki, rəsmi Bakı Laçın dəhlizində post qoymaq planına malikdir.

Ekspert qeyd edib ki, artıq sülhməramlı qüvvələrin fəaliyyəti Azərbaycanın təhlükəsizliyinə təhdid kimi görünür:

"Azərbaycanın Laçın dəhlizinə nəzarəti bərpa etməsi mümkündür. Bunun üçün ilk növbədə Qarabağda Ermənistan öz silahlı qüvvələrini geri çəkməlidir. Əgər, Ermənistan Qarabağa əsgər göndərməsə, yerli ermənilərdən bu qədər "özünü müdafiə qüvvələri" təşkil edilə bilməz. Ona görə də ilk növbədə Ermənistandan Qarabağa mülki geyimdə hərbçi göndərilməsinin qarşısı alınmalıdır. Əgər Ermənistan tərəfi silahlı erməni birləşmələrini bu ərazidən çıxarmasa, Azərbaycan tədbirlər görə bilər. Bundan əlavə, Ermənistanla danışıqlarda ilk növbədə bu məsələ gündəlikdə olmalıdır".



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər