“20 Yanvarla bağlı cinayət işində Artur Rasizadənin də adı keçirdi…”
Tarix: 19-01-2022 | Saat: 08:01
Bölmə:Karusel / Multimedia | çapa göndər
1344 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-01-2022 | Saat: 08:01
Bölmə:Karusel / Multimedia | çapa göndər

“Təəssüf ki, 1993-cü il 4 iyun olayları digər işlər kimi, 20 Yanvar cinayəti ilə bağlı da işlərin yekunlaşmasına imkan vermədi…”
“Mən 1992-ci ildə Respublika Baş prokuroru kimi işə başlayanda keçmiş iqtidar 20 Yanvar qətliamı haqda cinayət işi qaldırsa da, onun araşdırılması, istintaqı istiqamətində heş bir iş görməmişdi… Üzərindən uzun müddət keçdiyindən cinayət işlərinin neçə cild olmasını xatırlamıram. Amma bilirdik ki, 1990-1991-ci illərdə həmin qırğının istintaqını SSRİ Baş Prokurorluğu apardığından, təbii ki, Moskvadan gəlmiş müstəntiqlər özlərinə lazım olan, bizdən gizli saxlanılmalı olan istintaq sənədlərini götürüb aparmışdılar. Çünki onlar Azərbaycanda qətliam törətmiş sovet ordusuna qarşı yox, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan xalq hərəkatı fəallarına qarşı “ekstremist” damğası altında iş aparırdılar”.
Qarabaginfo.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında “20 Yanvar qətliamı ilə bağlı istintaq işinin 68 cildinin Moskvada saxlanması və Azərbaycana qaytarılmaması haqda hansı məlumatlarınız var” sualını cavablandıran sabiq Baş prokuror İxtiyar Şirinov söyləyib.
“O zaman biz işə başladıq. 20 Yanvarla bağlı böyük bir istintaq qrupu yaradıldı. İlkin olaraq həmin faciəli hadisələr zamanı Azərbaycan SSR DTK-nın sədri olmuş Vaqif Hüseynovu və həmin qurumun bir şöbə müdirini həbs etdik. O cinayətdə adı hallanan digər şəxslər, o cümlədən o vaxt Nazirlər Soveti Sədrinin birinci müavini olmuş Artur Rasizadənin barəsində də iş aparılırdı. Onun da adı keçirdi cinayət işində... Bildiyiniz kimi, A.Rasizadə, eləcə də o dövrkü rəhbərlikdən bir neçə digər şəxs Moskvaya – Mixail Qorbaçova teleqram vuraraq Azərbaycana sovet ordusunun əlavə hissələrinin yeridilməsini istəmişdi. Təəssüf ki, 1993-cü il 4 iyun olayları digər işlər kimi, 20 Yanvar cinayəti ilə bağlı da işlərin yekunlaşmasına imkan vermədi. Həbs etdiyimiz adamları da həbsdən buraxdılar. Və onlar ölkəni tərk edəndən sonra guya yenidən onların barəsində axtarış elan etdilər. Bir sözlə, 20 Yanvar qırğını ilə bağlı cinayət işinin istintaqı materiallarının neçə cild olması, onların neçəsinin Moskvada saxlanması texniki məsələdir. Əsas odur ki, keçmiş SSRİ və Azərbaycan SSR rəhbərliyindəki vəzifəli şəxslərin bu cinayətin təşkili və icrasında birbaşa əli olduğu sübuta yetirilmişdi. Ancaq dediyim kimi, təəssüf ki, məlum hadisələr bu işimizi yarımçıq qoydu”- deyə İxtiyar Şirinov vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
20-06-2026, 19:56
Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib
30-10-2023, 09:42
Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi məlum olub
20-07-2022, 12:37
"Ermənistan-Türkiyə sərhədinin açılması Rusiya hərbi bazasının yerdəyişməsinə səbəb olmayacaq"
13-08-2021, 15:18
Əliyevlə Paşinyanın təkbətək görüşü mümkündürmü?
18-12-2025, 13:59
Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb - FOTO
30-04-2022, 14:14
Düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir - Prezident
23-03-2018, 13:08
Nazir müavini: Səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb
17-08-2024, 08:47
NYT: "Hizbullah" və İran öz raket bölmələrinin döyüş hazırlığı səviyyəsini aşağı salıb
6-04-2023, 14:20
43 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

















