Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda idxal buğdasının bahalaşmasının təsirinin azaldılması məqsədilə tədbirlər görülür
Tarix: 18-01-2022 | Saat: 19:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda idxal buğdasının bahalaşmasının təsirinin azaldılması məqsədilə tədbirlər görülür

Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən tədbirlər görülür.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə bildirilib.

Qeyd olunub ki, Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb.

Baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirib.

Vurğulandı ki, təbii olaraq bütün görülmüş kompleks tədbirlərə baxmayaraq, buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb.



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər