Saytımızı qiymətləndirin


 
 

Belarus Nümayəndələr Palatasının sədri: WUF13 ən yüksək səviyyədə təşkil olunub, böyük təəssürat yaradır
Tarix: 19-05-2026 | Saat: 14:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

İqor Sergeyenko, Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri

 

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)ən yüksək səviyyədə təşkil olunub, böyük təəssürat yaradır.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Milli Məclisin sədri Sahibə Qafarova mətbuata birgə bəyanatında bildirib.

“Bütün proses kifayət qədər təşkilatlanmış, planlı, dəqiq və maraqlı şəkildə həyata keçirilir. Müxtəlif fikirlər, düşüncələr və qiymətləndirmələr səslənsə də, bütün çıxış edənləri birləşdirən əsas mövzu və başlıca xətt ondan ibarətdir ki, bu gün mənzil məsələsi və komfortlu yaşayış problemi kifayət qədər kəskin dayanır. Bu gün dünya yüksək səviyyədə urbanizasiya olunub. Təxminən üç milyard yarım insan, yəni faktiki olaraq hər ikinci şəxs şəhərlərdə yaşayır. Bir çox ölkələrdə mənzil problemi olduqca aktualdır. Bir milyard 100 milyondan çox insan gecəqondularda və lazımi şəraiti olmayan, plansız yaşayış məkanlarında yaşayır. Əksər ölkələr landşaft zonalarının inkişafı, ərazilərin abadlaşdırılması, təkrar resursların emalı və digər istiqamətlərdə problemlərlə üzləşir. Bütün bunlar insanların rahat şəraitdə, layiqli və əlçatan qiymətlərlə mənzillə təmin olunmasına yönəlmiş şəkildə həyata keçirilməlidir. Bu barədə dünyanın müxtəlif regionlarını təmsil edən bir çox dövlət rəhbərləri də danışdılar”, - deyə İqor Sergeyenko qeyd edib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər