Saytımızı qiymətləndirin


 
 

4-cü doza peyvənd immuniteti zəiflədirmiş - XƏBƏRDARLIQ
Tarix: 18-01-2022 | Saat: 17:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Koronavirusa qarşı peyvəndin 4-cü dozasının yaxşı nəticələr göstəmədiyi məlum olub.


Qarabaginfo.az xarici KİV-ə istinadən bildirir ki, araşdırma İsraildə yerləşən Şeba xəstəxanasında aparılıb.


Belə ki, peyvəndin 4-cü dozasının koronavirusun “Omicron” variantına qarşı kifayət qədər qoruyucu olmadığı məlum olub. Bundan əlavə, tez-tez peyvənd edilmənin immunitet sisteminin mübarizə qabiliyyətini zəiflədə biləcəyi də vurğulanıb.


Ötən ay xəstəxanada 270-dən çox tibb işçisinə peyvəndin 4-cü dozası tətbiq edilib. Onlardan 154-ü “Pfizer/BioNtech” peyvəndi, 120-si isə “Moderna” peyvəndi vurdurub. Araşdırmaya görə, 4-cü doza 3-cüdən daha çox antikor verir, lakin asanlıqla ötürülən “Omicron” variantının orqanizmə yoluxmasının qarşısını almır.


İsrailli immunologiya professoru Doron Melamed fikrincə, tez-tez peyvənd olunmaq immuniteti zəiflətmək təhlükəsi yaradır. 4 doza daha sonra yaranacaq yeni variantlarda bədənin virusa cavab verməyini çətinləşdirə bilər.
 

Qeyd edək ki, İsrail peyvəndin 4-cü dozasını tətbiq edən ilk ölkədir.



Xəbəri paylaş

248 dəfə oxunub.

Digər xəbərlər