Tarix: 13-01-2022 | Saat: 15:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fevralın 2-dən etibarən həftədə 2 dəfə olmaqla, Türkiyə və Ermənistan arasında uçuşlar başlayacaq. Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-Yerevan istiqamətində, Ermənistanın "Flyone Armenia" şirkətinə Yerevan-İstanbul-Yerevan istiqamətində, reyslər həyata keçiriəcək.
Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
“Pegasus” müraciətində 2022-ci ilin fevral ayından etibarən İstanbul-Yerevan arasında həftədə iki dəfə uçuş həyata keçirmək istədiyini bildirib.
Dekabr ayında bu barədə müvafiq icazə Ermənistanın mülki aviasiyası tərəfindən təqdim olunub. "Flyone Armenia" 2015-ci ildən sonra Türkiyəyə təyyarə reysi həyata keçirəcək ilk şirkət olacaq.
Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı Modern.az-a açıqlamasında bildirib ki, Türkiyə Ermənistan tərəfindən əks addım görərsə, ikitərəfli əlaqələrdən geri çəkiləcək:
“Türkiyə və Ermənistan arasında uçuşların başlaması mütləq Azərbaycanın icazəsi ilə olub. Ermənistan Türkiyə və Azərbaycana möhtacdır. Amma diqqət etməli olduğumuz məqamlar var. Ermənistan konstitusiyasının girişində belə bir ifadə var: “Türkiyə torpaqlarının bir hissəsi Ermənistan torpaqlarıdır”.
Qanununda belə bir ifadə işlədən ölkədən çox şey gözlənilir. Ermənistan bunu mütləq qanunundan çıxarmalıdır. Türkiyənin də bunu tələb etməsi lazımdır. Belə hallar olduqca, əlaqələrin nə qədər real olduğuna şübhə edərik”.
Kontr-admiral deyib ki, Ermənistan Türkiyənin böyüklüyü gerçəkliyini qəbul edib:
“Əgər uçuşlar başlamasa, Ermənistanın iqtisadiyyatı çökəcək. Türkiyə və Azərbaycan da Ermənistanın bu zəif nöqtəsindən istifadə etməlidir. Ermənistan əlbəttə ki, bu uçuşlar qarşılığında təxribatlardan əl çəkmək məcburiyyətindədir. Türkiyə və Azərbaycanın istəklərini yerinə yetirməlidir. Əslində bu uçuşlar iki ölkə üçün təcrübədir. Türkiyə Ermənistan tərəfindən hər hansı təxribat görərsə, uçuşlar və digər atılacaq addımlar dayandırılacaq. Ermənistan uzadılan “zeytun budağı”nın qiymətini bilməzsə, Türkiyə geri çəkiləcək. Əlaqələr təktərəfli olarsa, Türkiyə bunun mütləq cavabını verəcək. Artıq iki qardaş Ermənistana qarşı dostluq əlini uzadıb, qarşılıq verməz və nankrluq edərsə, Ermənistan dünya qarşısında buna cavab verməcək”.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.
Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan nümayəndə olub.
Digər xəbərlər