Saytımızı qiymətləndirin


 
 

"Airbus" təyyarə tədarükünə görə "Boeing"i qabaqlayır
Tarix: 11-01-2022 | Saat: 15:52
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Təyyarə haqqında nə bilirik? - Uşaq Bilik Portalı

Avropanın təyyarə istehsalçısı olan "Airbus" şirkətinin ardıcıl üçüncü il dünyanın ən böyük kommersiya təyyarələri tədarükçüsü adını, çox güman ki, qoruyub saxlayacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Deutsche Welle" yazır.

Şirkətin məlumatına görə, "Airbus" müştəriləri 2021-ci ildə 611 təyyarə alıb ki, bu da əvvəlki illə müqayisədə 8% çox və "Airbus"un hədəfindən bir qədər yaxşı olub. Beləliklə, şirkət müştərilərə təhvil verilən təyyarələrin sayına görə amerikalı rəqibi "Boeing"i keçə bilər.

2021-ci ilin ilk 11 ayında "Boeing" müştərilərinə cəmi 302 layner təhvil verib. Sözügedən aviasiya konserninin son bir il ərzində tədarüklərə dair yekun məlumatlarının bu gün dərc ediləcəyi gözlənilir.

"Airbus" keçən il 771 sərnişin və yük təyyarəsi sifarişi alıb ki, bu da 2020-ci ildəki göstəricidən iki dəfə çoxdur. İl ərzində ləğv edilmiş sifarişləri nəzərə alsaq, onların ümumi sayı 507-dir. Xüsusilə "Airbus A320neo" ailəsinin dar gövdəli orta mənzilli təyyarələrinə tələbat yüksəkdir.(Apa)



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər