“10 uşaq doğmaq bəlkə də qəhrəmanlıq deyil, amma əkiz oğlunu şəhid verən ana bu statusu ala bilər...”
Tarix: 20-03-2021 | Saat: 20:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1400 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-03-2021 | Saat: 20:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Xəbər verdiyimiz kimi Xalq yazıçısı Çingiz Abdullayev vətənə layiqli övlad böyüdən anaları fərqləndirmək üçün “Şəhid anası” fəxri döş nişanının təsis edilməsi təklifi ilə çıxış edib.
Bəs görən yazıçı, millət vəkili Aqil Abbas bu təklifi Milli Məclisdə qaldırmağı düşünürmü?
Qarabaginfo.az xəbər verir ki, Moderator.az-ın sualını cavablandıran A.Abbas Milli Məclisin növbəti iclasında Ç.Abdullayevin bu təklifinə dəstək olacağını bildirib:
“Fikrim var ki, Milli Məclisin növbəti iclasında bu məsələni qaldırım. Vaxtilə 10 uşağı olan qadınlara “Qəhrəman ana” ordeni verirdilər və onların müəyyən imtiyazları var idi. 8 uşağı olan qadınlara da orden verirdilər, çünki yadımdadır anama da bu ordeni vermişdilər. Ana nənəmin və bir də bibimin 10 uşağı var idi və onlar da “Qəhrəman ana” ordeni almışdılar. Ç.Abdullayev də bunu qeyd edib. Elə analarımız var iki və hətta üç oğlu müharibədə şəhid olub. Qəhrəman ana bəs necə olur? 10 uşaq doğmaq bəlkə də qəhrəmanlıq deyil, amma əkiz və üç uşağını müharibəyə göndərmək və şəhid verməyə görə şəhid anası gözəl bir status ala bilər. Mən bu təklifi alqışlayıram və düşünürdüm ki, bu haqda bir məqalə də yazıb Çingiz Abdullayevi dəstəkləyim”.
Xəbəri paylaş
Digər xəbərlər
19-02-2022, 14:16
Millət vəkilinin təşəbbüsü ilə xalq artistinin kitabları Regional Mədəniyyət İdarələrinə təqdim olunub
13-01-2026, 15:45
Zelenski İranla bağlı dünyaya çağırış etdi
11-01-2023, 10:42
Vasif Talıbovun qayınanasının vəzifədən çıxarıldığı barədə xəbər var
4-06-2021, 23:30
Azərbaycanlı gənci öldürən polis Rusiya İstintaq Komitəsi rəhbərinin tələbi ilə azadlığa buraxılıb
30-01-2021, 15:11
Rusiya müdafiə nazirinin müavini: “Bu, bizim sülhməramlı fəaliyyətimizdə yeni mərhələdir”
2-07-2025, 10:42
Mirziyoyev Azərbaycana yola düşdü
17-08-2021, 11:08
Azərbaycan Prezidenti: "Biz öz dədə-baba torpaqlarımıza Ermənistan faşizminin başını əzərək, şəhidlərimizin qanını alaraq qayıtdıq"
4-08-2022, 21:11
Norveç kralı xəstəxanaya yerləşdirildi
20-08-2020, 14:15
ÜST Avropa ölkələrində məktəblərin açılmasını müzakirə etmək üçün virtual görüş keçirəcək






" style="width: 670px; height: 340px;">









