Saytımızı qiymətləndirin


 
 

Sanksiyalar Belarusun əsas valyuta mənbəyini çökdürür, şirkət rəhbərliyi panikaya düşüb
Tarix: 11-01-2022 | Saat: 12:41
Bölmə:Karusel / Dünya | çapa göndər

Belarusun dövlət şirkəti və ölkənin əsas valyuta mənbəyi olan “Belaruskaliy” ABŞ-ın tətbiq etdiyi sanksiyalar üzündən çökmək üzrədir. virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, ABŞ şirkətin yeganə treyderi olan Belarus Kalium Şirkətini sanksiya tətbiq edilən Belarus müəssisələri sırasına daxil edib. Nəticədə zavod müştərilərini itirir və şirkətin rəhbərliyi panika içərisindədir.

Yanvarın 10-da məlum olub ki, Norveçin “Yara” şirkəti 2022-ci il aprelin 1-dən Belarus Kalium Şirkəti ilə əməkdaşlığı dayandıracaq. “Yara” şirkəti “Belaruskaliy” zavodunun ümumi istehsalının 10-15 faizini alırdı. Bu, zavodun mallarını almaqdan rəsmən imtina edən ilk müştəridir.

 

Mənbələr deyiblər ki, Belarus gübrə istehsalçıısı çıxılmaz vəziyyətlə üzləşib. Şirkət ənənəvi olaraq Hindistan və Çinlə uzunmüddətli müqavilələr bağlayırdı, hansı ki, həmin müqavilələrin müddəti artıq bitib, qalan istehsal həcmini isə Belarus Kalium Şirkəti üzərindən bazara çıxarırdı. Sanksiyalar isə bu sxemə zərbə vuracaq. Ekspertlər situasiyadan çıxmaq üçün bir neçə variant haqda danışırlar ki, onlardan biri də ABŞ-ın Maliyyə Nazirliyi ilə anlaşaraq sanksiyaların tətbiqinin təxirə salınmasıdır.  İkincisi isə Rusiya şirkətləri ilə əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən “Belaruskaliy” zavodunun ruslara satılması ola bilər.

Lakin bu tədbirlərdən heç birini aprelin 1-nə, yəni sanksiyalar qüvvəyə minənədək reallaşdırmaq mümkün deyil.  Minsk hələlik heç bir konkret təkliflər irəli sürməyib, bundan əlavə Rusiya limanları üzərindən ildə ən çoxu 3 milyon ton gübrə göndərmək olar. Zavodun istehsalı isə 2020-ci ildə 12.2 milyon ton idi.

Doğrudur, Rusiyanın treyder şirkətləri zavodun mallarını sata bilər, amma bu onların özü üçün risklidir. Əməliyyatların dollarla deyil, başqa valyuta ilə aparılması isə mümkün olmayacaq, çünki coğrafi baxımdan Belarusun ABŞ və Avropa İttifaqının rezidentləri olmayan şirkətlər üzərindən mallarını ixrac etməsi praktiki olaraq istisnadır.(virtualaz.org)



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər