Saytımızı qiymətləndirin


 
 

Uğursuzluğun bir addımlığında: Rusiya ABŞ və NATO-ya ultimatum verir – Danışıqlardan nə gözləyək?
Tarix: 10-01-2022 | Saat: 20:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

Uğursuzluğun bir addımlığında: Rusiya ABŞ və NATO-ya ultimatum verir – Danışıqlardan nə gözləyək?

Ötən ilin əsas müzakirə mövzularından biri də, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı oldu. Avropa və Amerika nəşrləri rus qoşunlarının Ukrayna ilə sərhədə qoşun yığmasıyla bağlı xəbərlər yayımladı. Rusiya hücumunun tarixi və hətta xəritələri də dərc edildi. Bu çətin şərtlər fonunda Rusiya, ABŞ və NATO yanvarın 10-da danışıqlar haqqında razılığa gəliblər. Danışıqların elan edilməsindən sonra, bütün gözlər nəticələrin necə olacağına dikilib.  

Yanvar görüşləri Rusiya və Qərb arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək, yoxsa əvvəlki fikir ayrılıqlarının kəskinləşməsinə və gərginliyin növbəti mərhələsinə gətirib çıxaracaq?

Maraqların toqquşması

Qarabaginfo.az xəbər verir ki, “Lenta.ru” bu mövzu ilə bağlı maraqlı material dərc edib.

Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Baydenin son dərəcə gərgin atmosferdə keçən iyun görüşü iki qüdrətli ölkə arasında münasibətlərin gərginliyinin azalmasına olan ümidləri puça çıxardı. Cenevrədəki həmin görüşün əsas nəticələrindən biri tərəflərin təhlükəsizlik məsələlərini əsaslı şəkildə müzakirə etmək istəyini göstərən strateji sabitlik üzrə danışıqlara başlanması oldu. Lakin altı ay keçməmiş Rusiya ilə ABŞ arasında münasibətlər yenidən gərginləşdi.  Əvvəlcə media orqanları, daha sonra isə Avropa və ABŞ rəsmiləri rus qoşunlarının qərb sərhədində cəmləndiyini və Moskvanın Ukraynaya planlaşdırdığı iddia edilən hücumunu pislədilər. Dekabrın əvvəlində Putin və Bayden arasında keçirilən virtual sammit vəziyyəti sakitləşdirməli idi. Lakin görüş gözlənilən nəticəni vermədi. Brüssel Kiyevi müharibə olacağı təqdirdə qeyd-şərtsiz dəstəkləyəcəyinə əmin etdi. Moskva isə cavab olaraq Qərbi, Ukraynaya silah verməkdə və Kiyevi ölkənin şərqində münaqişəni gərginləşdirməyə təhrikdə ittiham etdi.

Посольство США в Москве

Konstantin Kosaçev – Federasiya Şurasının vitse-spikeri

“Belə çətin vəziyyətdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid dekabrın 15-də Moskvaya səfər edib. Diplomat Rusiya rəhbərliyi ilə görüşlər keçirib və Avropada təhlükəsizlik təminatı ilə bağlı təşəbbüslərini ona çatdırıb”.

Yens Stoltenberq – NATO-nun baş katibi

Biz müttəfiqlərimizin müdafiəsində heç vaxt güzəştə getməyəcəyik. Biz heç vaxt Avropanın hər bir ölkəsinin, o cümlədən Ukraynanın öz yolunu seçmək istəyinə qarşı dayanmayacağıq. Üstəlik, Moskvanın ən aktual tələblərindən biri – SSRİ-nin o vaxtkı prezidenti Mixail Qorbaçovun NATO-nu Şərqə genişləndirməmək vədini kağıza köçürməsi, alyansın Vaşinqton müqaviləsinə və onun “açıq qapı” prinsipinə ziddir. Bu struktura qoşulmaq istəyən hər bir Avropa ölkəsi üçün qapımız açıqdır”.

Moskvada isə bu arqument rədd edilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Kreml bu müqaviləni imzalamayıb və ona əməl etməyə borclu deyil. Eyni zamanda Moskvanın imzalamada iştirak etdiyi Avro-Atlantik təhlükəsizliyinə dair digər sazişlərin əsasını bölünməz təhlükəsizlik prinsipi təşkil edir. Başqa sözlə, NATO təbii ki, öz təhlükəsizliyini gücləndirə bilər, lakin Rusiyanın ziyanına deyil. Alyansın Şərqə doğru genişlənməsi isə şübhəsiz ki, onun təhlükəsizliyinə təhlükə yaradır. Rusiyalı elmi işçi Nikolay Sokov bildirib ki, Rusiyanın təqdim etdiyi bir sıra təşəbbüsləri də Qərbin qəbul etməyi qeyri-realdır. Belə ki, NATO-nun genişlənməsinə və Ukraynada hərbi mövcudluğuna rəsmi qadağa qoyulması, eləcə də ABŞ-ın nüvə silahlarının Avropadan çıxarılması tələbləri heç bir halda qəbul olunmayacaq.

Йенс Столтенберг

Qərbin Moskvanın bir sıra təşəbbüslərinin qəbuledilməzliyi haqda  birmənalı mövqeyinə baxmayaraq, tərəflər üç istiqamətdə danışıqlar aparmağa razılaşıblar. Birincisi, Cenevrədə Rusiya və ABŞ nümayəndə heyətləri arasında ikitərəfli görüş olacaq: ilkin danışıqlar yanvarın 9-da aparılıb. Yanvarın 13-də isə Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) platforması çərçivəsində danışıqlar aparılacaq. Nümayəndə heyətlərinin xarici siyasət idarələrinin rəsmiləri və hərbçilərdən ibarət olacağı gözlənilir. Belə görüşlərin keçirilməsinə razılıq verilməsi faktının özü ümidverici olsa da, tərəflər ən fundamental sualda razılaşmırlar.

Rusiya tərəfi təkid edir ki, o, yalnız öz saziş layihələri ilə bağlı danışıqlar aparacaq. Vaşinqton və Brüsselin bəyanatlarına əsasən isə, onlar üçün əsas mövzu Moskvanın istədiyi kimi Rusiyanın təşəbbüsləri deyil, Rusiya-Ukrayna sərhədindəki vəziyyət və silahlara nəzarət məsələsi olacaq. Ağ Ev qarşıdan gələn danışıqlarda nikbin deyil, realist olduqlarını etiraf edib və Ukraynaya qarşı təcavüzün nəticələri barədə Moskvaya bir daha xəbərdarlıq ünvanlayıb.

Bütün bunlar Moskvada da nikbinlik yaratmır. Rusiya nümayəndə heyətinə başçılıq edən xarici işlər nazirinin müavini Sergey Ryabkov qərbli həmkarlarını “intensiv və sürətli” danışıqlara çağırıb. Bununla belə, Cenevrə görüşü ərəfəsində diplomat danışıqların birinci raundunun yəqin ki, sonuncu olacağını istisna etməyib. Ryabkov ABŞ və müttəfiqlərini qarşıdan gələn danışıqlarla bağlı hər hansı illüziyaya qarşı xəbərdar edib: “Biz ora əl-ələ vermək üçün getmirik… prioritetlərimiz var, onlara konstruktiv reaksiya verilsə, o zaman dialoq mənasız olacaq”.

Сергей Рябков

Hamilton Kollecinin (ABŞ) beynəlxalq əlaqələr üzrə professoru Alan Kafruni hesab edir ki, hətta iyun və dekabr aylarında Putinlə keçirilən sammitlər zamanı Baydenin atdığı barışdırıcı addımlar belə Vaşinqtonda bir çox dairələrin güclü müqaviməti ilə üzləşib.

Bəzi rusiyalı ekspertlər isə hesab edirlər ki, yanvarın 12-də keçiriləcək görüş demək olar ki, uğursuzluqla nəticələnəcək və vəziyyətin pisləşməsinə gətirib çıxaracaq. Çünki, NATO yeni mövqelərin sürətli inkişafına uyğunlaşmır.

Hamilton Kollecinin (ABŞ) beynəlxalq əlaqələr üzrə professoru Alan Kafrunisə öz növbəsində bildirib ki, Bayden administrasiyası Rusiyanın NATO-nun fəaliyyəti ilə bağlı tələblərinə razı olmayacaq. Hətta bu tələblərin qəbulunu özündə ehtiva edən sənəd imzalansa belə, böyük gücə malik və anti-rus qüvvələrdən ibarət ABŞ Senatı onu ratifikasiya etməyəcək. Buna baxmayaraq Kafruni Rusiya və ABŞ arasında ikitərəfli danışıqlara daha optimist baxışını ifadə edib. “Qısa və orta mənzilli silahlara nəzarət üzrə müzakirələr məhsuldar ola bilər” – o deyib.

Вооруженные силы Украины проводят учения недалеко от Крыма

Amma danışıqların belə optimist ssenarisi çətin ki, Rusiyanın işinə yarısın. Çox güman ki, Moskva təkliflərin hamısının birlikdə, qəbul edilməsində israrlı olacaq. Lakin Vaşinqton onların bəzilərini nəzərdən keçirsə belə, bu Rusiya tərəfinin istədiyi tempdə olmayacaq. Vladimir Putin xəbərdarlıq edib ki, Qərb tərəfdaşlarının təhlükəsizlik zəmanəti verməkdən imtinasına Rusiyanın cavabı “çox fərqli” ola bilər. Xarici İşlər Nazirliyi də öz növbəsində NATO-nun daha da genişlənməsinə “sədd çəkməyə” hazır olduğunu açıqlayıb. Bayden administrasiyası isə artıq Kiyev tərəfindən hərbi əməliyyatlarda iştirakını istisna edib. Rusiyadan hərbi təcavüz olacağı təqdirdə yalnız sərt sanksiyalar və əlavə hərbi yardım vəd edib.

Rusiyanın Asiya-Sakit Okean regionunda proqramının rəhbəri Aleksandr Qabuev deyir ki, Çinin Ukrayna münaqişəsinə hansısa yolla aktiv şəkildə müdaxilə etmək üçün heç bir əsası yoxdur. Ukrayna və ya Baltikyanı ölkələrdə NATO raketlərinin hipotetik yerləşdirilməsi ÇXR üçün heç bir təhlükə yaratmır. Pekin birbaşa Asiya-Sakit Okean regionunda yerləşdirilən Amerika raketlərindən daha çox narahatdır.

Выступление председателя КНР Си Цзиньпина

Son olaraq bir daha xatırlatmaq yerinə düşər ki, NATO-nun daha da genişlənməsi, Ukrayna və Gürcüstanın uzaq gələcəkdə də olsa, alyansa qoşulması Moskva tərəfindən öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Hər iki tərəf üçün məqbul olan həll yolunu tapmaq, asan məsələ olmayacaq və Moskva nə qədər istəsə də, “intensiv və sürətli” danışıqlar mütləq nəticə verməyəcək. Orta məxrəc tapmaq illər çəkə bilər. Proses siyasi iradə və hər iki tərəfdən kompromis tələb edəcək. Çünki oyun( danışıqlar) işıq saçır. SSRİ Xarici İşlər Nazirliyinin rəhbəri olmuş Andrey Qromıkonun təbirincə desək, “10 illik danışıqlar bir günlük müharibədən daha yaxşıdır”.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər