Saytımızı qiymətləndirin


 
 

Mahir Emreli "Legiya"nı məhkəməyə VERDİ
Tarix: 10-01-2022 | Saat: 19:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mahir Emreli "Legiya"nı məhkəməyəVERDİ

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sını məhkəməyə verib.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Varşava təmilçisinin ona olan borcuna görə bu addımı atıb.

Forvard paytaxt klubundan həm məvacibinin qalan hissəsini, həm də müqaviləsinə xitam verilməsini tələb edir.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

 



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər
18-02-2018, 10:58 İranda zəlzələ olub