Saytımızı qiymətləndirin


 
 

Zəlzələ nəticəsində Böyük Çin səddinin bir hissəsi uçub
Tarix: 10-01-2022 | Saat: 07:13
Bölmə:Karusel / Dünya | çapa göndər

Böyük Çin Səddinin bir hissəsi

 

Yanvarın 8-də Çinxay əyalətində baş verən zəlzələ nəticəsində Böyük Çin Səddinin iki metrlik hissəsi uçub.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

Bildirilib ki, divarın uçması zəlzələnin episentrindən 114 kilometr aralıda yerləşən Qansu əyalətinin şimal-qərbindəki Şandanda baş verib. Divarın bu hissəsi Min İmperiyası dövrünə (1368-1644) aiddir.

Zəlzələdən sonra səlahiyyətlilər səddin uçan hissəsinə baxış keçirib. Mütəxəssislər dayaqlar quraşdırıb, təmir-bərpa işlərinə başlayıblar.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,3 bal olub. Yerli ekspertlərin sözlərinə görə, maqnituda 6,9 bal gücündə qeydə alınıb.

Zəlzələ əhalinin az məskunlaşdığı bölgədə baş verib, lakin bəzi böyük şəhərlərin sakinləri bunu hiss ediblər.

Xatırladaq ki, təbii fəlakət nəticəsində 9 nəfər xəsarət alıb, onlardan 8-i artıq xəstəxanadan evə buraxılıblar.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər