Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda bütün rusiyapərəst məmurları işdən çıxarmaq çağırışı
Tarix: 09-01-2022 | Saat: 16:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Turan” Partiyasının sədri Cahandar Bayoğlu Azərbaycanda bütün rusiyapərəst məmurların hakimiyyətdən uzaqlaşdırılmasına çağırıb. Onun sözlərinə görə, ölkə özünü kənar təsirlərdən qorumaq üçün bu addımı atmalıdır.

Siyasətçi vurğulayıb ki, bütün rusiyapərəst məmurları, deputatları və ictimai təşkilat rəhbərlərini nəzarətə götürmək və rəhbərlikdən uzaqlaşdırmaq lazımdır. Partiya sədri dövlət başçısını Milli Məclisi buraxmağa və yeni sosial-iqtisadi islahatlara başlamağa çağırıb.

Bəyoğlu hesab edir ki, ölkə rəhbərliyi bu qətiyyətli addımları atmasa, Qazaxıstanda baş verən hadisələr Azərbaycanda da təkrarlana bilər. O əlavə edib ki, rusiyapərəst qüvvələr Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin strukturlarına daxil olublar.

Siyasətçi həmçinin Azərbaycan ordusunun Türkiyə ordusu modelinə keçidini tez bir zamanda başa çatdırmağa çağırıb.

Cahandar Bayoğlu “Tərtər işi”ni də xatırladaraq qeyd edib ki, bu cinayətdə əli olanların hamısı ciddi şəkildə cəzalandırılmalıdır. Eyni zamanda təqsirkarların məhkəməsi ictimaiyyət qarşısında keçirilməli və canlı yayımlanmalıdır.(virtualaz.org)



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər