Saytımızı qiymətləndirin


 
 

İbrahim Kalın: “Qarabağ müharibəsinə qarşı biganə qalmamız mümkünsüzdür”
Tarix: 06-01-2022 | Saat: 01:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

İbrahim Kalın

 

“Türkiyə sülh, təhlükəsizlik, sabitlik və rifah anlayışlarına geniş perspektivdən baxmalıdır.
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın “Kriter” jurnalına müsahibəsində bildirib.

“Körfəz böhranından Liviyaya, Qarabağ müharibəsindən Şərqi Aralıq dənizinə qədər bizi xüsusilə narahat edən regional hadisələrə qarşı biganə qalmamızdan söhbət gedə bilməz. Əgər vaxtında tədbir görməsəniz, göz yummağa çalışsanız belə, bu problemlər qapınıza gələcək, amma bu dəfə hazırlıqsız olacaqsınız. Buna görə də Türkiyə 2022-ci və 2023-cü illərdə qabaqlayıcı xarici siyasət imkanlarını artıraraq regional və qlobal müttəfiqliklərini gücləndirməyə davam edəcək”, deyə Kalın vurğulayıb.

O, həmçinin qeyd edib ki, Suriya mövzusunda ABŞ, Rusiya və İran kimi ölkələrlə Türkiyənin ciddi fikir ayrılığı var, lakin Türkiyə həm Cenevrə, həm də Astana platformaları vasitəsilə qlobal əməkdaşlığın zəruri olduğunu hesab edir.(Apa)



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər