Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN Qazaxıstanda vəziyyətin normallaşmasına ümid edir
Tarix: 05-01-2022 | Saat: 16:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb - "İki sahil"

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasına ümid edir.

Qarabaginfo.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilib.

“Qardaş qonşu ölkədə baş verənləri diqqətlə izləyirik. Biz bütün problemlərin küçə iğtişaşları və qanunların pozulması ilə deyil, konstitusiya-hüquqi və dialoq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz Rusiyanın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, qardaşlıq, insani təmaslarla bağlı olduğu ölkədə vəziyyətin mümkün qədər tez normallaşmasına ümid edirik”, - Rusiya XİN-in məlumatında vurğulanıb.

Qeyd olunub ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkədə vəziyyətin sabitləşməsi üçün atdığı addımları daxili problemlərin dinc yolla həllinə yönəlib: “Rusiyanın Qazaxıstandakı xarici nümayəndəlikləri ilə əlaqə saxlayırıq. Diplomatik və konsulluq nümayəndəliklərimiz ətrafında vəziyyət sakit olaraq qalır. Hazırda əldə olunan məlumata görə, Qazaxıstan Respublikasında Rusiya Federasiyası vətəndaşları arasında xəsarət alan yoxdur”.



Xəbəri paylaş

1208 dəfə oxunub.

Digər xəbərlər