Tarix: 05-01-2022 | Saat: 12:43
Bölmə:Karusel / Gündəm | çapa göndər
Son aylar bağça və məktəb yaşlı uşaqlar arasında quru öskürək, yüksək hərarət əlaməti müşahidə olunan xəstəlik geniş yayılıb.
Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Erkin Rəhimov deyib ki, son vaxtlarda influenza (qrip) virusu geniş yayılıb.
Onun sözlərinə görə, uşaqlar arasında geniş yayılan və ağır keçən virus valideynleri narahat edir:
“Bu koronavirus deyil. Bilinən qrip virusudur. Ondan qorunmaq üçün 6 aydan böyük olan uşaqlar peyvənd vurdura bilər”.
E.Rəhimov sosial məsafə, şəxsi gigiyena və maska taxmaqla uşaqları virusdan qorumağın mümkün olduğunu açıqlayıb:
“Virusa yoluxan uşağı yalnız həkim müayinə edərək, müalicə etməlidir. Burundan alınmış yaxma vasitəsilə qrip virusu təsdiqlənə bilər”.
Ekspert mütəxəssisin sözlərinə görə, qrip virusu hər il geniş yayılır:
“Burada keçən qış istisnadır. Ötən il koronavirus pandemiyasına görə qapanma olduğu üçün bu qədər geniş yayılmamışdı”.
Digər xəbərlər