Tarix: 03-01-2022 | Saat: 09:38
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiyanın İstintaq Komitəsi yunan roma güləşi üzrə ölkə çempionatının gümüş medalçısı, Qaraçay Çərkəz vilayətindən olan Amin Laypanova qarşı iki cinayət işi qaldırıb. Onu terrorçu təşkilatın fəaliyyətində iştirak etməkdə, habelə qanunsuz silahlı birləşməni maliyyələşdirməkdə ittiham edirlər. Bu cinayət işləri Lapanovun Suriyadakı terrorçu qruplaşmalarda iştirakı ilə bağlı qaldırılıb.
Laypanov 2012-ci ildə aldığı zədə nəticəsində güləşçi karyerasına son qoyub və məşqçi işləməyə başlayıb. 2015-ci ildə onun barəsində narkotik maddələrin qanunsuz daşınması maddəsi ilə cinayət işi qaldırılıb, 2016-cı ildə o istintaqdan gizlənib, barəsində 4 il qiyabi həbs cəzası verilib.
Federal Təhlükəsizlik Xidmətinə məlumat daxil olub ki, güləşçi Azərbaycana keçib, daha sonra Suriyaya yollanıb və hələ də oradadır. Laypanovun “Cəbhət ən-Nusra” qruplaşmasının tərkibində olduğu bildirilir.(virtualaz.org)
Digər xəbərlər