Saytımızı qiymətləndirin


 
 

Putinin yeni masası: Yekun sülh sazişinin müzakirəsi təşkil edilə bilər - ƏTRAFLI
Tarix: 22-12-2021 | Saat: 08:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Konkret.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib. O bildirib ki, İrəvan Zəngəzur dəhlizində post quracağını deyib, Bakı əvəzində Laçın dəhlizində eyni rejimi tətbiq edəcəyini açıqlayıb, Moskva isə bu məsələdə susur: “İstisna deyil ki, Zəngəzur dəhlizi boyunca dəmir və avtomobil yolunun inşasına qədər “dəhliz, yoxsa yol” prinsipi açıq saxlanılsın. Bu, indiki halda bölgədə bütün tərəflərə sərf edir, çünki hazırda kommunikasiyanın bərpasında hər kəs maraqlıdır. Moskva görüşü ilə bağlı iddiada diqqətçəkən məqam geniş tərkibdə ola biləcəyi ilə bağlıdır. Müdafiə nazirləri, üçtərəfli İşçi Qrupunun üzvləri və xarici işlər nazirlərinin də iştirak edəcəyi iddia olunur”.

1. Sərhədlə bağlı razılaşmada praktiki addım atıla bilər. Müdafiə nazirlərinin iştirakı delimitasiya müqaviləsinin imzalana biləcəyi ehtimalını önə çıxarır; Soçidə sərhədin delimitasiyası, ardınca demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması razılaşdırıldı, bu o deməkdir ki, delimitasiya – sərhədin xəritə üzərində çəkilməsi Rusiyanın iştirakı ilə həyata keçiriləcək və delimitasiya müqavilə imzalanacaq; demarkasiya üzrə yaradılacaq ikitərəfli komissiya delimitasiya müqaviləsi əsasında sərhədi çəkəcək;

2. Kommunikasiya üzrə Soçi və Brüssel razılaşmaları əsasında görüləcək işlər konkretləşdirilə bilər: İşçi Qrupunun iştirakının bununla bağlı olacağı mümkündür;

3. Yekun sülh sazişinin müzakirəsi təşkil edilə bilər. XİN rəhbərlərinin iştirakı bu ehtimalı önə çıxarır; istisna deyil ki, Rusiya gələcəkdə imzalanması gündəmdə olan yekun sazişin vasitəçiliyini indidən üzərinə götürmək istəyir;

Görüşün olacağı ilə bağlı heç bir rəsmi məlumat yoxdur, lakin proseslərin inkişafını nəzərə alsaq, ilin sonunda Moskvada masanın qurulacağı mümkün görünür”.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər