Saytımızı qiymətləndirin


 
 

BMT Baş Assambleyasının Prezidenti Azərbaycanın daimi nümayəndəsinə təşəkkür edib
Tarix: 03-01-2022 | Saat: 09:35
Bölmə:Karusel / Dünya | çapa göndər

 

BMT Baş Assambleyasının Prezidenti Azərbaycanın daimi nümayəndəsinə təşəkkür edib
Abdulla Şahid 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycanın bu təşkilatdakı daimi nümayəndəsi Yaşar Əliyevə peyvənd bərabərliyi qətnaməsinə verdiyi dəstəyə görə təşəkkür edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyası Prezidentinin  tviter  dəki hesabında qeyd edilib.

"Səfir Yaşar Əliyev, peyvənd bərabərliyinə verdiyiniz dəstəyə görə təşəkkür edirəm", - BMT Baş Assambleyası Prezidentinin tviterdəki hesabında bildirilib.

Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasının peyvənd bərabərliyi ilə bağlı qətnaməsini dəstəkləyib. Daimi Nümayəndəlikdən bildirilib ki, Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri kimi dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvənd təmin etmək üçün qlobal səylərdə liderlik rolunu davam etdirəcək.

“BMT Baş Assambleyasının 76-cı prezidentinin Yeni il qətnaməsinə qoşuluram. Mən peyvənd bərabərliyini dəstəkləyirəm”, - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin adından qeyd edilən bəyanatda vurğulanıb.(Report)



Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər
29-04-2021, 17:39 Lavrov Bakıya gəlir