Saytımızı qiymətləndirin


 
 

Haitinin Baş nazirinə sui-qəsd cəhdi olub, ölən və yaralananlar var
Tarix: 02-01-2022 | Saat: 22:59
Bölmə:Karusel / Dünya | çapa göndər

 Haitinin Baş nazirinə sui-qəsdə cəhd edilib

Haitinin şimalındakı Qonaives şəhərində naməlum şəxslər respublikanın müstəqilliyinin 218-ci ildönümünün qeyd edilməsi zamanı Baş nazir Ariel Anrini öldürməyə cəhd ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “TeleSUR” telekanalı məlumat yayıb.

Məlumata görə, Anri bayram münasibətilə mərasimin keçirildiyi məbədi tərk etdikdən sonra yaxınlıqda bir neçə atəş səsi eşidilib. Mühafizəçilər dərhal Nazirlər Kabineti rəhbərini təhlükəsiz yerə aparıblar. O, hadisə zamanı xəsarət almayıb.

Qeyd olunur ki, atışma nəticəsində azı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Hadisə ilə bağlı bir sıra şənliklər ləğv edilib.

Ötən il dekabrın sonunda Haitidə fəaliyyət göstərən silahlı dəstələr Baş naziri rəsmi tədbirlərə qatılmamağa çağırıb. Onlar həmçinin şəhərin baş meydanında səhnə quran briqadaya odlu silahla hücum ediblər.

BMT 2021-ci il iyulun 7-nə keçən gecə prezident Jovenel Moizin öldürülməsindən və avqustda 2,2 mindən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Haitidə təhlükəsizlik və humanitar vəziyyətin pisləşdiyini bildirib.



Xəbəri paylaş

1241 dəfə oxunub.

Digər xəbərlər