Göyçayda su kanalından qadın meyiti tapılıb.
"Qarabaginfo" Open.az-a istinadən xəbər verir ki, ötən gün Şirvan kanalının rayonun Göyçayın Cəyirli kəndindən keçən hissəsində naməlum qadın meyiti aşkar edilərək sudan çıxarılıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin rayon sakini, 1958-ci il təvəllüdlü Şəhla Abdullayeva olması müəyyən ediilib.
Faktla bağlı araşdırma aparılır.