Saytımızı qiymətləndirin


 
 

“Kütləvi etirazlar və küçə mübarizələri lazımdır ki, hakimiyyətdən getsinlər” – Koçaryandan XƏBƏRDARLIQ
Tarix: 27-12-2021 | Saat: 18:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Kütləvi etirazlar və küçə mübarizələri lazımdır ki, hakimiyyətdən getsinlər” – Koçaryandan XƏBƏRDARLIQ

“Delimitasiyaya alternativ bundan imtina etməkdir”.

Qarabaginfo.az erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistanın ikinci prezidenti Robert Koçaryan səsləndirib:

“Mən başa düşürəm ki, bizdən daha radikal hərəkətlər gözlənilir. Fikirləşirdik ki, seçkilərdən sonra bu iqtidarın reytinqi sürətlə aşağı düşər. Lakin bizim hesablamalarımıza görə, bu reytinqin aşağı düşməsi hələ də kütlənin aktiv mübarizəyə hazırlığına çevrilməyib. Əminik ki, bu insanlar öz istəkləri ilə hakimiyyətdən getməyəcəklər. Kütləvi etirazlar, kütləvi küçə mübarizələri lazımdır ki, hakimiyyətdən getsinlər”- Robert Koçaryan bildirib.

O, qeyd edib ki, kütləvi etirazlara hazırdırlar: “Biz bunu edəcəyik, Mən şəxsən hər şeyə hazıram. Uğura aparan addımlar olacaq, hər şeyi nəzərə almaq lazımdır” – Koçaryan fikirlərini tamamlayıb.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər