Tarix: 27-12-2021 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.
Qarabaginfo.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bununla bağlı əmr imzalayıb.
Qurumun Aparat rəhbəri vəzifəsinə Amil Cavadov gətirilib.
O, bu təyinata qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi işləyib. Eyni zamanda, bu il sentyabrın 13-də Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edib.
Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib.
Xatırladaq ki, Amil Cavadov 1986-cı il fevralın 23-də Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. 2009-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında təlimatçı, 2011-2013-ci illərdə Ağdam rayon İcra Hakimiyyətində müxtəlif şöbələrdə məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.
Digər xəbərlər