Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan üçün əsas məsələ dəhlizdir və bunun reallaşması mütləqdir”
Tarix: 24-12-2021 | Saat: 19:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Azərbaycan üçün əsas məsələ dəhlizdir və bunun reallaşması mütləqdir”

Türkiyə Ermənistan əlaqələrinin normallaşması və sərhədlərin açılması istiqamətində xüsusi nümayəndələrin təyin edilməsi heç də yaxın aylarda iki ölkə arasında münasibətlərin normallaşmasına gətirməyəcək.

1. Ermənistan ilk növbədə konustitusiya dəyişliklərinə getməli, Ankaraya qarşı düşmənçilik və ərazi iddialarını qaldırmalıdır.

2. Ermənistan Zəngəzur dəhlizini açmalıdır. Çünki dəhliz məsələsi strateji önəm daşıyır. Amma, N. Paşinyan dəhliz məsələsini müzakirə etməkdən yayınır.

3. Ermənistan Qarabağa iddialardan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

Danışıqlarda bir cox məsələlər masaya yatırlacaq və Ermənistan rəhbərliyinin siyasi iradə göstərib təklifləri qəbul etməsində problemlərin ortaya çıxması istisna deyil. Ona görə də ortada olan problemlər fonunda Türkiyə Ermənistan əlaqələrinin normallaşması və sərhədlərin açılması ilk növbədə Yerevanın atacağı addımlardan asılı olacaq. Ondan sonra, Ankara və Bakı tandemi qərar verəcək.

Ermənistan rəhbərliyi təkcə dəmiryol xəttinin çəkilməsinə razılıq verib. Azərbaycan üçün əsas məsələ dəhlizdir və bunun reallaşması mütləqdir.

Əgər, geosiyasi nizam reallaşmasa N.Paşinyan devrilib, digər komanda üzvü hakmiyyətə gələ bilər.



Xəbəri paylaş

1290 dəfə oxunub.

Digər xəbərlər