Saytımızı qiymətləndirin


 
 

Bu il qeydiyyata alınmış əmtəə nişanlarından 12-si Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aiddir
Tarix: 24-12-2021 | Saat: 18:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bu il qeydiyyata alınmış əmtəə nişanlarından 12-si Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aiddir

“2021-ci il ərzində qeydiyyatı üçün milli prosedur üzrə əmtəə nişanına dair 3201, ixtira üzrə 129, faydalı model üzrə 31, sənaye nümunəsi üzrə 25, coğrafi göstərici üzrə 1 iddia sənədi daxil olub”.

Bunu Qarabaginfo.az-ın sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən bildirilib.

2021-ci ildə qeydiyyata alınmış əmtəə nişanlarından 12-si Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Əqli Mülkiyyət Agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə prosedurların asanlaşdırılması və şəffaflığın gücləndirilməsini prioritet istiqamət kimi müəyyən edib.

“Bu məqsədlə Agentlik tərəfindən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi istifadəyə verilib və bununla sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində “vahid pəncərə” prinsipi tətbiq edilir. Bu sistem göstərilən dövlət xidmətlərinin səviyyəsini əvvəlki illərlə müqayisədə yüksəldib”- məlumatda qeyd olunub.



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər