Tarix: 24-12-2021 | Saat: 18:06
Bölmə:Karusel / Siyasət | çapa göndər
“İşğal dövründə ermənilər bizim bütün şəhər və kəndlərimizi dağıdıblar. Bizim tarixi, dini abidələrimizi dağıdıblar, təhqir ediblər, xalqımız, ordumuz haqqında aşağılayıcı ifadələr işlədiblər. Hətta deyirdilər ki, Ermənistan “yeni torpaqlar uğrunda yeni müharibə”yə hazırlaşır”.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.
“Deyirdilər ki, əgər müharibə başlayarsa erməni tankları Bakının küçələrində olacaq. Bütün bu təkəbbürlü ifadələrin hamısı zibil yeşiyinə atıldı. Bəli, erməni tankları gəldi Bakıya, onları biz gətirdik. Azadlıq meydanında hərbi paradda, Qələbə paradında onları nümayiş etdirdik. Bu gün onlar Azərbaycan Ordusunun gücünün və Ermənistan ordusunun məğlubiyyətinin təzahürü kimi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz bundan sonra həmişə müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq”, - dövlət başçısı vurğulayıb.
Digər xəbərlər