Saytımızı qiymətləndirin


 
 

“Müxalifətə demək istəyirəm ki...” - Əli Əhmədov
Tarix: 05-02-2019 | Saat: 13:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Müxalifətə demək istəyirəm ki...”

“Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanırlar, bizim inkişafımızdan məyus olurlar. Müxtəlif formada inkişafın qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar”. 

"Qarabaginfo" “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bunu YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib. O, bildirib ki, bunu normal qəbul etmək olar:

“Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başadüşüləndir. Başa düşülməyən isə Azərbaycanın daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqlarını təhrif edən Azərbaycan vətəndaşlarını çaşdırmağa çalışanlardır. 

Əhmədovun fikrincə, radikal müxalifət mitinq keçirməyi qarşıdurma yaratmaq üçün istifadə edir: 

“Onlar söz və fikir azadlığından Azərbaycan insanını, Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər. Onlar öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər. Bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına izah etməyə borcludurlar. Bu partiya üzvü olaraq onların daşıdığı vəzifədir”.



Xəbəri paylaş

566 dəfə oxunub.

Digər xəbərlər
23-02-2023, 11:14 Baş nazir qərar imzaladı