Saytımızı qiymətləndirin


 
 

Rasim Quliyevə 3 il cəza verildi
Tarix: 23-12-2021 | Saat: 15:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rasim Quliyevə 3 il cəza verildi

 

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə o, son sözlə çıxış edib. R.Quliyev özünü təqsirli bilmədiyini, məhkəmənin gedişində özünün və ailəsinin zərər çəkdiyini deyib.

Məhkəmənin hökmü ilə R.Quliyev 3 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rasim Quliyev 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. O, bu ilin aprelində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. R.Quliyev Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunsuz tikinti aparılmasına icazə vermə) maddələri ilə ittiham edilib.

R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi. Məhkəmənin gedişatı boyu R.Quliyev və vəkilləri BŞİH-in keçmiş başçısı Hacıbala Abutalıbovun bu işdə əli olduğunu iddia ediblər.



Xəbəri paylaş

239 dəfə oxunub.

Digər xəbərlər