Saytımızı qiymətləndirin


 
 

Sabah da Bakıda qar yağacaq - PROQNOZ
Tarix: 23-12-2021 | Saat: 14:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.



Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.



Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq.



Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər