Saytımızı qiymətləndirin


 
 

İrakli Qaribaşvili: “Dinc Qonşuluq Təşəbbüsü”nün məqsədi qonşularımız arasında etimadın bərpa edilməsidir”
Tarix: 22-12-2021 | Saat: 20:53
Bölmə:Karusel / Region | çapa göndər

İrakli Qaribaşvili

Gürcüstanın “Dinc Qonşuluq Təşəbbüsü”nün məqsədi dialoqun inkişaf etdirilməsi və bizim qonşularımız arasında etimadın bərpa edilməsidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

Bildirib ki, bu təşəbbüsün məqsədi eyni zamanda Gürcüstanı vasitəçi kimi gücləndirməkdir.

Baş nazir vurğulayıb ki, Gürcüstan ABŞ və Avropa İttifaqının dəstəyi ilə regionda davamlı sülh və sabitliyə nail olunmasında önəmli rol oynaya bilər.

İrakli Qaribaşvili qeyd edib ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla çox yaxşı və birbaşa münasibətləri var, bu il hər iki liderlə iki dəfə görüşüb.

Baş nazir vurğulayıb ki, Gürcüstan qonşularına dialoq üçün qeyri-formal Cənubi Qafqaz platformasını təklif edib.

Əlavə edib ki, onun vasitəçiliyi ilə bu ilin yayında Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşma regional əməkdaşlığa dair yaxşı presedentdir.(Apa)



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər